понедельник, 21 мая 2012 г.


Dünya Azerbaycanları Kongresi (hansı ???)


DAK-Dünya Azərbaycanlılarının Kongresi...Bizim Diaspor təşkilatımız...Amma çox təəssüfki uzun zamandır Azərbaycanda DAK dediyimiz zaman hansı? sualı ilə qarşılaşırıq.Çoox təəssüfki bir cox məsələdə olduğu kimi bu məsələdədə ortaq qərara gəlib birləşə bilmirik.Məhz bunun nəticəsidir ki biz,sayca cox olsaqda diaspora məsələsində düşmənimiz ermənilərə uduzuruq,güney Azərbaycanda əzilən 35.000.000 Azərbaycan Türkünün səsinə səs verə bilmirik..Bu məsələ bizim milli məsələmizdi,bu məsələdə bölücülük eləmək mənim fikirimcə vətənə,millətə xəyanətdir.
    DAK ilk dəfə 1997-ci ildə ABŞ-da təsis olunub.Dünya Azərbaycanlıları Konqresi yaranandan bəri bu təşkilatda çəkişmələr, qalmaqallar həmişə olub.Birinci olaraq həmin qalmaqallar DAK-ın keçmiş sədri Cavad Derəxti ilə Əhməd Obalı və Məhəmmədrza Xeşti arasında başladı.Biri digərini ittiham edən tərəflər DAK-ı parçaladılar.Sonda isə Əhməd Obalı və Məhəmmədrza Xeşti DAK-a alernativ bir qurum – Demokratik Dünya Azərbaycanlıları Konqresini (DDAK) yaratdılar. Ancaq ictimai qınaqlar onların birgə fəaliyyətini zəruri etdi və birlik qurultayınin keçirilməsi qərara alındı.2008-ci ilin iyununda Brüsseldə birlik qurultayı keçirildi.amma cox təəssüfki birlik yenədə əldə olunmadı.çünki qurultaydan 1 müddət öncə Sabir Rüstəmxanlı öz ətrafına bir necə nəfəri toplayıb DAK-dan ayrılmlış və Almaniyanın Köln şəhərində ayrı bir qurultay keçirmişdi.Görəsən 10 ildən sonra nəhayətki birləşməyə qərar verən və birlik qurultayı keçirən DAK-ı tanımamaqda və ətrafına topladığı insanlarla yeni DAK "açmaqda" Sabir Rüsətxanlının məqsədi nə idi?Birlik qurultayının keçirilməsi ilə bağlı sənəddə onunda imzası var idi,bəs nə olduku verilən sözdən boyun qaçırdı?Vətəndaş Həmrəyliyi Partiyasının rəhbəri niyə bu qədər adamla "həmrəy" ola bilmədi?Görəsən qurultay öncəsi İranın Azərbaycandakı səfiri ilə keçirdiyi görüşün bu elediklərinə bir təsiri olubmu?Bu sualları bir azda uzatmaq olar amma men bunu mənasiz sayıram...səbəb nə olur olsun milli məsələdə bölücülük eliyən kiməsə haqq qazandırmaq olmaz...Söhbət Sabir Rüstəmxanlıdan düşmüşkən başqa bir qeyri-müəyyən məqamada toxunmaq istəyirəm.bu gün biz Azərbaycan Türkləri milli kimliyimiz uğrunda mübarizə aparırıq.istər güneydə,istər quzeydə "biz azəri deyilik" səsləri ucalır.belə bir şəraitdə Tənzilə xanım Rüstəmxanlı hələdə sədrlik etdiyi ,birliyin adını "azəri-türk" olaraq saxlayır menim diqqət yetirdiyim qeyri-müəyyənlik bununlada bitmir,Azərbaycanda nurculuğun əleyhinə ən çox danışanlardan olan Tənzilə xanım bəs görəsən niyə öz övladını məhz, təhlükəli gördüyü nurçuların məktəbi olan Araz kurslarında oxutdurur???
   Yəqinki elə bu qeyri-müəyyənliklərdi bizim birləşməyimizə mane olan,yəqinki yuxarıdakı cavabsız suallardı birləşməyimizə mane olan...

Комментариев нет:

Отправить комментарий